Dünyanın ən zəngin futbol klublarının siyahısı açıqlanıb

Dünyanın ən zəngin futbol klublarının siyahısı açıqlanıb
# 14 iyun 2018 02:28 (UTC +04:00)

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, "Forbes" jurnalının tərtib etdiyi siyahının ilk pilləsində ötən il olduğu kimi İngiltərənin "Mançester Yunayted" klubu qərarlaşıb.

Britaniya klubunun dəyəri son il ərzində 12% artaraq 4,123 milyard dollar təşkil edib.

İkinci yerdə Madridin “Real” klubu ($4,088 mlrd., +14%), üçüncü isə “Barselona”dır ($4,064 mlrd. +12%).

Dördüncü və beşinci yerlərdə “Bavariya” və “Mançester Siti” qərarlaşıb.

Qeyd edək ki, ilk iyirmilikdə 8 İngiltərə klubunun adı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR