Zaqatalada beş gün əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb

Zaqatalada beş gün əvvəl avtomobillə vurulan qadın xəstəxanada ölüb
# 14 iyun 2018 08:07 (UTC +04:00)

Zaqatalada beş gün əvvəl minik maşınının vurduğu piyada xəstəxanada ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Car kənd sakini, 1978-ci il təvəllüdlü Həvva Əhməd qızı Kusayeva ötən gün Zaqatala Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, iyunun 9-u səhər saatlarında Həvva Kusayeva Zaqatala şəhəri H. Əliyev prospektində yolu keçmək istəyən zaman Zaqatala rayon sakini Murad Mustafayevin idarə etdiyi “VAZ-2106” markalı, 10-DX-446 dövlət nömrə nişanlı minik avtomobili ilə vurulub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR