Bakı metrosu bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bakı metrosu bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 14 iyun 2018 08:35 (UTC +04:00)

"Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Ramazan bayramı və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə elan edilmiş 5 qeyri-iş günü ərzində gücləndirilmiş iş rejiminin tətbiqi ilə bağlı əmr imzalayıb.

“Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR