Elman Rüstəmov: “İqtisadi vəziyyət dəyişərsə, uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər”

Elman Rüstəmov: “İqtisadi vəziyyət dəyişərsə, uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər”
# 14 iyun 2018 08:59 (UTC +04:00)

“Azərbaycan Mərkəzi Bankı üçün uçot dərəcəsinin 8% olması komfort hesab olunur”.

"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, əgər ilin ikinci yarısında inflyasiya aktivləşərsə, bu komfort zona dəyişə bilər.

“Ümumilikdə iqtisadi vəziyyət dəyişərsə, uçot dərəcəsi 8-10 faiz intervalında ola bilər. Bütövlükdə makroiqtisadi sabitliyin təmini üçün məqsədimiz birrəqəmli inflyasiya, məqbul volatilliyə və proqrnozlaşdırılabilən məzənnəyə nail olmaqdır. Digər qurumlarla birgə bu istiqamətdə işləməyik”, - deyə E.Rüstəmov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR