Fuad Muradov Gürcüstanda azərbaycanlı ziyalılarla görüşüb

Fuad Muradov Gürcüstanda azərbaycanlı ziyalılarla görüşüb
# 14 iyun 2018 09:07 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının üzvləri və ziyalılarla görüşüb.


APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilmiş görüşdə F. Muradov bildirib ki, azərbaycanlı ziyalılar Gürcüstan cəmiyyətində çox fəaldır: "Ziyalılarla görüşüb onların fikirlərini öyrənmək bizim üçün çox vacibdir. Gürcüstandakı azərbaycanlıların fəaliyyəti Azərbaycanda böyük diqqət və həssaslıqla izlənilir".

Komitə sədri deyib ki, Gürcüstanda azərbaycanlıların təmsil olunduğu 100-ə yaxın müxtəlif təşkilat var: "Bu göstəricinin çox və ya az olduğunu deyə bilmərəm. Gürcüstan azərbaycanlılarının birliyinə yenidən baxılmalıdır".

F. Muradov qeyd edib ki, Gürcüstan azərbaycanlılarının birliyinə müəyyən qüvvələr tərəfindən qəsdən problemlər yaradılır: "Gürcüstandakı azərbaycanlı ziyalı və ağsaqqallar buna qarşı çox ciddi addımlar atmalıdır. Komitə sədri kimi sizdən əsas gözləntilərimdən biri budur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR