AMB: Depozit hərraclarının keçirilməsində məqsəd pul kütləsinin hədəflənməsidir

AMB: Depozit hərraclarının keçirilməsində məqsəd pul kütləsinin hədəflənməsidir
# 14 iyun 2018 09:14 (UTC +04:00)

“Depozit hərraclarının keçirilməsində məqsəd pul kütləsinin hədəflənməsidir”.

"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank depozit hərraclarını keçirərkən gəlir götürmək məqsədi güdmür.

“Əsas məqsəd pul kütləsinin hədəflənməsi rejimdir. Biz pul kütləsini hədəfləməklə inflyasiyaya, valyuta bazarında gedən proseslərə təsir göstəririk. Çünki manat zəiflədikcə inflyasiya artır. Buna görə də depozit hərracları keçiririk. Məqsəd makroiqtisadi sabitliyi, maliyyə və məzənnə sabitliyini təmin etməkdir,” – deyə E. Rüstəmov qeyd edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR