Tanışını qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edilib

Tanışını qətlə yetirən şəxs 18 il azadlıqdan məhrum edilib
# 14 iyun 2018 09:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirli bilinən İsgəndər Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Hüseynov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl Lökbatan qəsəbəsində baş verib. Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü İ.Hüseynov 1972-ci il təvəllüdlü tanışı İlqar Mirzəyevi mübahisə zəminində bıçaqlayaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR