Mingəçevirdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Mingəçevirdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb
# 14 iyun 2018 09:37 (UTC +04:00)

Mingəçevir Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət edən şəhər sakini Q. Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M. Məmmədov saxlanılıb.

ŞPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR