Ağdaşda adam oğurluğunda təqsirləndirilən şəxslər tutulub

Ağdaşda adam oğurluğunda təqsirləndirilən şəxslər tutulub
# 14 iyun 2018 09:56 (UTC +04:00)

Ağdaşda adam oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 12-də Ağdaş rayonunun Korarx kəndinin ərazisində rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR