"Dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib

"Dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib
# 14 iyun 2018 10:23 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsində "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib.


APA-nın xəbərinə görə, DİN və "İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazov, millət vəkilləri iştirak ediblər.

Tədbir zamanı bildirilib ki, DİN-də DNT məlumat bankı 2009-cu ildə yaradılıb. Hazırda məlumat bankı şəxslərdən və hadisə yerindən götürülmüş maddi sübutlardan əldə edilmiş DNT profillərini özündə cəmləşdirir.

Məlumat bankında respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş sorğular əsasında məhkəmə genetik ekspertiza fəaliyyəti həyata keçirilir.

Qeyd olunub ki, DNT məlumat bankının köməkliyi ilə naməlum meyitlər, qətl, ayrı-ayrı bədən hissələrinin mənsubiyyəti, zorlama, quldurluq, soyğunçuluq, oğurluq, yol-nəqliyyat hadisələri üzrə şəxsiyyətlər müəyyən edilib.

Sonda tədbir iştirakçıları DNT məlumat bankının fəaliyyəti ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR