Bu ilin yanvar-may aylarında Azərbaycanda 2 081,7 kq qızıl istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 19,5% artıb. Bu ilin iyun 1-nə 112,9 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-may aylarında ölkədə 498,6 kq gümüş istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 3,3 dəfə çoxdur. Bu ilin iyunun 1-nə 40,1 kq hazır məhsul ehtiyatı yaranıb.