Ötən il SOCAR rəhbərliyinə ödənilən kompensasiyalar 1,2 mln. manatı ötüb

Ötən il SOCAR rəhbərliyinə ödənilən kompensasiyalar 1,2 mln. manatı ötüb
# 14 iyun 2018 10:44 (UTC +04:00)

2017-ci ildə SOCAR-ın prezidenti və 12 vitse-prezidenti, ümumilikdə 1,153 mln. manat məbləğində kompensasiya alıb.

"APA-Economics" SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı ildə bu rəqəm 717 min manat təşkil edib. Beləliklə, il ərzində SOCAR rəhbərliyinə verilən kompensasiyanın məbləği 60,8% və ya 436 min manat artıb.

Sənədə əsasən, şirkətin prezidenti və 12 vitse-prezidenti SOCAR-ın digər törəmələrinin Direktorlar Şurasında təmsil olunduqlarına görə kompensasiya alırlar.

Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevdir. Xoşbəxt Yusifzadə şirkətin birinci vitse-prezidentidir. Şirkətin prezidenti və vitse-prezidentləri ölkə başçısı İlham Əliyev tərəfindən təyin olunur. Rəhbərlikdə təmsil olunan şəxslər həm maaş, həm də premiyalar alır. Bundan başqa, şirkətin müəyyən strukturlarında Direktorlar Şurasının üzvü kimi onlara kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR