Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib
# 14 iyun 2018 10:56 (UTC +04:00)

Beynəlxalq Mətbuat Mərkəzində Əbülfəz Elçibəyin 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

APA-nın məlumatına görə, “Əbülfəz Elçibəy 80” İctimai Birliyinin təşkil etdiyi tədbirdə ictimai fəal Çingiz Özgür bildirib ki, Elçibəyin 80 illik yubiley münasibəti ilə təşkilat komitəsi yaradılıb. Onun sözlərinə görə, yaxın günlərdə Elçibəyin müəllifi olduğu kitablardan və müsahibələrindən ibarət toplu çap olunacaq. Eyni zamanda Azərbaycandan kənarda da bir sıra tədbirlər keçirilib və bu tədbirlər bundan sonra da davam edəcək.

Ə. Elçibəyin gənclər üzrə müavini olan Bəhram İsmayıl onun siyasətçi və vətəndaş kimi şəxsiyyətində danışıb. B. İsmayıl qeyd edib ki, Elçibəy millətə sevgi ilə yoğurulmuş tam fərqli şəxsiyyət olub: “Elçibəy başdan ayağa vicdan idi”.

Millət vəkili Fazil Mustafa Elçibəyin dövlət və millət adamı kimi böyüklüyündən danışıb. O qeyd edib ki, Əbülfəz Elçibəy bürokratik mənada dövlət adamı deyildi: “Amma o milləti oxumağı bacarırdı. Millətə dövlətdən daha böyük önəm verirdi. O, konkret idarəçilikdən daha çox, prosesə üstünlük verirdi. Elçibəyin irsinin öyrənilməsində emosional cinahdan intellektual və obyektiv cinaha keçmək lazımdır. Onun ideallarının özü də bu gün dartışıla bilər. Əbülfəz Elçibəy Azərbaycan tarixində epizod deyil, mahiyyətdir”.



Daha sonra F. Mustafa Əbülfəz Elçibəylə bağlı xatirələrini bölüşüb.



Xatirə tədbirində Pənah Hüseyn, Oqtay Gülalıyev, Cəlil Cavanşir və başqaları Elçibəylə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan tarixindəki rolundan danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR