Temur Abazov susmaq hüququndan istifadə edir

Temur Abazov susmaq hüququndan istifadə edir
# 14 iyun 2018 12:08 (UTC +04:00)

Gürcüstanın Marneuli rayonunun rəhbəri Temur Abbazova qarşı rəsmi ittiham irəli sürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə T. Abazovun vəkili Zviad Asatiani bildirib. O deyib ki, T. Abazov özünü yaxşı hiss edir və iş üzrə materialla hələ tanış olmadığına görə insidentin digər detalları barədə danışa bilmir: “O, susmaq hüququndan istifadə edir”.

Vəkil müdafiə etdiyi şəxsin iş üzrə materialla bu gün tanış olacağını vurğulayıb.

Qeyd edək ki, T. Abazov ötən gün Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. İrəli sürülmüş ittihama əsasən onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR