Stanislav Qovoruxin vəfat edib

Stanislav Qovoruxin vəfat edib
# 14 iyun 2018 12:24 (UTC +04:00)

Rusiyanın məşhur rejissoru, Dövlət Dumasının üzvü Stanislav Qovoruxin vəfat edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının spikeri Viçeslav Volodin plenar iclas zamanı bildirib. O deyib ki, rejissor bu gün səhər saatlarında ağır və uzun xəstəlikdən sonra ölüb.

1936-cı ildə doğulmuş Rusiyanın xalq artisti Stanislav Qovoruxin “Vertikal”, “Görüş yerini dəyişmək olmaz”, “XX əsrin quldurları”, “Kapitan Qrantın axtarışında” kimi filmlərin rejissorudur. 2000-ci ildə o, prezidentliyə namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR