DİM ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün sənəd verən abituriyentlərə müraciət edib

DİM ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün sənəd verən abituriyentlərə müraciət edib
# 14 iyun 2018 14:27 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

DİM-dən APA-ya verilən məlumatda bildirilir ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatır.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən təsdiq edə bilən abituriyentlər isə 20 iyun saat 10:00-dək ərizələrini təsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR