Xarici ölkələr Azərbaycan rezidentlərinə turizmlə bağlı 620 mln. manatlıq xidmət göstərib

Xarici ölkələr Azərbaycan rezidentlərinə turizmlə bağlı 620 mln. manatlıq xidmət göstərib
# 14 iyun 2018 14:57 (UTC +04:00)

2018-ci ilin yanvar-mart aylarında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% artaraq 1,3 mlrd. dollar təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üçün tədiyyə balansına istinadən xəbər verir ki, bu ilin ilk 3 ayında turizm xidmətləri üzrə profisit ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,9% artaraq 65,8 mln. dollar (2017-ci ilin müvafiq dövründə 51,9 mln. dollar) təşkil edib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı 13% artıb.

Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 619,7 mln. dollar məbləğində olub. Bunun 78,5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR