İran prezidenti anbarlardakı malların bazara çıxarılması barədə göstəriş verib

İran prezidenti anbarlardakı malların bazara çıxarılması barədə göstəriş verib
# 14 iyun 2018 15:06 (UTC +04:00)

İran prezidenti Həsən Ruhani ölkədə davam edən qiymət artımının qarşısını almaq üçün dövlət anbarlarındakı malların bazara çıxarılması təlimatını verib.

APA-nın “Milligazete”yə istinadən verdiyi məlumata görə, İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Nazirlər Şurasının iclası zamanı belə bir qərarən qəbul olunduğunu açıqlayıb. O bildirib ki, son zamanlar ölkədə baş verən qiymət artımının qarşısının alınması xüsusi nəzarətə götürülüb və İran prezidenti anbarlardakı malların əhaliyə çatdırılması üçün səlahiyyətli orqanları təlimatlandırıb.

Qeyd edək ki, ABŞ-ın mayın 8-də İranla imzalanan nüvə razılaşmasından çəkilməsindən sonra İranda bir çox məhsulların qiymətində kəskin artım baş verib. Dövlət bazardakı qeyri-sabitliyi nəzarət altına almaq üçün bütün valyutadəyişmə məntəqələrini bağlayıb və bank sistemindən kənar pul dəyişmələrini qadağan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR