Qonşusunu qətlə yetirən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib

Qonşusunu qətlə yetirən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
# 14 iyun 2018 15:12 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vidadi Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Rzayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Bakıda yaşayan 57 yaşlı Vidadi Rzayev aralarında yaranmış mübahisə zəminində qonşusu, 47 yaşlı Şahin İsgəndərovu bıçaqla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR