Fuad Muradov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri ilə görüşüb

Fuad Muradov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri ilə görüşüb
# 14 iyun 2018 15:17 (UTC +04:00)

Gürcüstanda rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşdə Z. Vaşakmadze Gürcüstanın dini siyasəti və dövlət tərəfindən dini icmalara göstərilən maliyyə dəstəyindən danışıb. Agentlik sədri Gürcüstanın müsəlman icmasının səlahiyyətinə verilmiş məscidlər barədə də məlumat verib. F. Muradov öz növbəsində Gürcüstanda bütün konfessiyaların birgə mövcudluğu üçün yaxşı şəraitin olduğunu qeyd edərək, Azərbaycanın bu sahədəki təcrübəsindən söz açıb. O, Komitə sədri Z. Vaşakmadzeni Azərbaycana səfərə dəvət edib.


Z. Vaşakmadze dəvətə görə təşəkkür edərək F. Muradovun Azərbaycanda yaşayan gürcülərin problemlərinin həllinə dəstək olacağına ümidvar olduğunu qeyd edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR