® Bank VTB Azərbaycan –ın “Əcəmi” filialı müştərilərə istirahət günlərində də xidmət göstərəcək

<font color=red>® </font> Bank VTB Azərbaycan –ın “Əcəmi” filialı müştərilərə istirahət günlərində də xidmət göstərəcək
# 14 iyun 2018 15:19 (UTC +04:00)

"Bank VTB (Azərbaycan)"ın “Əcəmi” filialı müştərilərin rahatlığını təmin etmək məqsədilə 15 – 19 iyun bayram günlərində saat 10:00-dan 16:00-dək xidmət göstərəcək.

Qeyd edək ki, göstərilən xidmətin səmərəliliyinin artırılması məqsədilə müştərilər bank xidməti haqqında istənilən məlumatı banka gəlmədən, sadəcə məlumat mərkəzinin 986 qısa nömrəsinə zəng etməklə əldə edə bilərlər.

Bayram günlərində belə iş rejimi müştərilərin, o cümlədən şəhərin qonaqların maksimal komfortu və rahatlığını təmin edəcək.

“Əcəmi” filialında müştərilər cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi bütün əsas xidmətlərdən istifadə edə bilər. Filiala kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının,

İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.

Xatırladaq ki, bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı Cavadxan küç. 30A, “Əcəmi” metrostansiyası yaxınlığında yerləşir.

Bankın məhsulları, tarifləri və digər xidmətləri barədə əlavə məlumatı çağrı mərkəzinin 986 qısa nömrəsi, eləcə də www.vtb.az saytından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR