Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş sərgi keçirilib

Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş sərgi keçirilib
# 14 iyun 2018 17:39 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Daş Salnamə” muzeyində Milli Qurtuluş Gününün 25 illiyinə həsr olunmuş “Milli irsimizin işığında: dünən, bu gün, sabah” adlı ABAD məhsullarının sərgisi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə dövlət qurumları və özəl şirkətlərin, Azərbaycanda akkreditə olunmuş bir sıra səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

"ASAN xidmət"in sədri Ülvi Mehdiyev bildirib ki, sərginin keçirilməsində məqsəd ABAD-çı olaraq fəaliyyət göstərən ailələrin əl işlərini və ABAD-çılar tərəfindən istehsal olunmuş qida məhsullarını daha geniş auditoriyaya çatdırmaqdır.

O qeyd edib ki, ABAD publik hüquqi şəxs tərəfindən Azərbaycanda ailə təsərrüfatlarına dəstək göstərilir.

Ü. Mehdiyev ABAD-çıların sayının 250-dən çox olduğunu vurğulayıb.

Sonra iştirakçılar sərgidə nümayiş etdirilən fotoşəkillərlə tanış olublar.

Tədbir bədii hissə ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR