Ağdaşda meşədə narkotik bitkilər yetişdirən 2 şəxs saxlanılıb

Ağdaşda meşədə narkotik bitkilər yetişdirən 2 şəxs saxlanılıb
# 14 iyun 2018 19:08 (UTC +04:00)

Ağdaş rayonunda meşə sahəsində narkotik bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsi ilə məşğul olan şəxslər tutulub. APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 8-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakinləri, 1962-ci il təvəllüdlü Atakişiyev Rafael Söyün oğlu və həmyaşıdı Mustafayev Bağdı Qubad oğlu tərəfindən rayonun Qolqəti və Dəhnəxəlil kəndləri arasındakı meşə sahəsindən keçən şirə kanalının kənarında xüsusi aqrotexniki qaydada əkib-becərilən çətənə kolları aşkar edilib.

Polis əməkdaşları əraziyə baxış keçirən zaman oradan uzunluğu 30 sm-dən 1.90 sm-dək, çəkisi 2 kiloqram 865 qram olan 24 ədəd çətənə kolu götürüblər. Hər iki şəxs əməli barəsində Ağdaş rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR