Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb

Aykut Kocaman “Fənərbağça” baş məşqçiliyindən uzaqlaşdırılıb
# 18 iyun 2018 15:41 (UTC +04:00)

Türkiyənin “Fənərbağça” futbol komandasının baş məşqçisi Aykut Kocaman vəzifəsindən kənarlaşdırılıb.

APA-nın xəbərinə görə, bunu klubun rəsmi saytında klubun yeni prezidenti Əli Koç açıqlayıb.

Ə. Koç qarşılıqlı razılaşma əsasında A. Kocaman ilə yollarını ayırdıqlarını bildirib və ona təşəkkür edib.

Qeyd edək ki, “Fənərbağça” 2017-2018-ci il futbol mövsümünü ikinci sırada tamamlayıb. Klubun iyunun 2-3-də keçirilən qurultayında məşhur iş adamı Əli Koç prezident seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR