Zakir Həsənov: "Ali Baş Komandan heç bir silahdan istifadə etmədən, diplomatiya ilə Sarkisyanın hakimiyyətini bitirdi"

Zakir Həsənov: "Ali Baş Komandan heç bir silahdan istifadə etmədən, diplomatiya ilə Sarkisyanın hakimiyyətini bitirdi"
# 20 iyun 2018 09:50 (UTC +04:00)

"Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar".

APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

"Biz hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Hamınız gördünüz ki, Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi, Sarkisyan hakimiyyətini bitirdi.

Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Hörmətli media nümayəndələri belə provokasiyalara getməməlidir.

Mətbuat işçilərindən xahişim odur ki, diqqətli olsunlar. KİV böyük qüvvədir. Bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır", - deyə nazir vurğulayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR