Birgə Azərbaycan-İran filmi çəkiləcək

Birgə Azərbaycan-İran filmi çəkiləcək
# 22 iyun 2018 13:43 (UTC +04:00)

"İran Mədəniyyət Günləri çərçivəsində ilk dəfə olaraq müştərək İran-Azərbaycan filminin çəkilişinə start veriləcək".


APA-nın xəbərinə görə, bunu İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi keçirdiyi mətbuat konfransında deyib.

İran və Azərbaycan arasında bu sahədə əməkdaşlığa toxunan Ə. Farsi bildirib ki, ekran əsərinin bir hissəsi Bakıda - İçərişəhərdə, digər hissəsi isə İranda çəkiləcək: "Kino eşq mövzusunda olacaq”.

Ə. Farsi qeyd edib ki, Azərbaycan müstəqil olduqdan sonra ölkələr arasında siyasi, iqtisadi, mədəniyyət sahələrində əlaqələr günbəgün inkişaf edir: “Bunun səbəbi bu iki xalqın bir-birinə bağlılığıdır. Ölkələr arasındakı sərhədlər xalqları bir-birindən ayıra bilməz. Mədəniyyət nazirlərimiz mədəni əlaqələrin inkişafı sahəsində mühüm addımlar atır".

Tələbə mübadiləsinə toxunan İran Mədəniyyət Mərkəzinin direktoru bildirib ki, indi 2 minə yaxın iranlı tələbə Azərbaycanda təhsil alır. Azərbaycanlı tələbələr də İranın müxtəlif universitetlərində oxuyurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR