İran Mədəniyyət Günləri keçiriləcək

İran Mədəniyyət Günləri keçiriləcək
# 22 iyun 2018 13:48 (UTC +04:00)

Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək.

APA-nın xəbərinə görə, bunu İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi keçirdiyi mətbuat konfransında deyib.

Ə. Farsi bildirib ki, Mədəniyyət Günləri çərçivəsində 27 iyun - 1 iyul tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyinin ev sahibliyi ilə Bakı və Gəncə şəhərlərində mədəni toplantı və mərasimlərin keçirilməsi nəzərdə tutulub. İran incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi də planlaşdırılır. İran milli orkestri də ilk dəfə olaraq Bakıda çıxış edəcək.

Mədəniyyət Günləri məqsədlə İranın mədəniyyət və islami irşad naziri, doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR