Serj Sarkisyanın qardaşı sərbəst buraxılıb - YENİLƏNİB

Serj Sarkisyanın qardaşı sərbəst buraxılıb - <span style="color: red;">YENİLƏNİB
# 25 iyun 2018 21:14 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan sərbəst buraxılıb.

APA-nın məlumatına görə, bu barədə “news.am”-a Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Hazırda Aleksandr Sarkisyan polisdə deyil”, deyə A.Aqaronyan bildirib.

Qeyd edək ki, A. Sarkisyanın İrəvanın mərkəzində qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanıldığı bildirilirdi.

***

18:57

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan polis tərəfindən saxlanılıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə İrəvanın mərkəzində baş verib.

A. Sarkisyan qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR