Qüdrət Həsənquliyev: “Xalqımız Azərbaycan əsgərinin tarixi qələbə sevinci yaşadacağı günü səbirsizliklə gözləyir”

Qüdrət Həsənquliyev: “Xalqımız Azərbaycan əsgərinin tarixi qələbə sevinci yaşadacağı günü səbirsizliklə gözləyir”
# 25 iyun 2018 19:05 (UTC +04:00)

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə Azərbaycan xalqına, silahlı qüvvələrimizin əsgər və zabitlərinə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, Q. Həsənquliyev qeyd edib ki, 100 il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından qısa bir müddət sonra yaradılmış Azərbaycan Silahlı Qüvvələri çətin və şərəfli bir yol keçib.

“Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin şərəfli tarixi xalqımızın döyüş ruhunu ölməyə qoymayıb, şəhid və qazilərimizin qəhrəmanlıq salnaməsi qan yaddaşımıza hopub. Azərbaycan Silahlı Qüvvələri müsəlman şərqinin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti ilə birgə - səngərlərdə, döyüş meydanlarında doğulub. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələri - Azərbaycan dövləti, Azərbaycan dövləti - Azərbaycan Silahlı Qüvvələri deməkdir!”, millət vəkili vurğulayıb.

Q. Həsənquliyev qeyd edib ki, bu gün hər bir vətəndaşımızın və Silahlı Qüvvələrinin dəyanətli əsgər və zabitlərinin üzərinə ağır bir vəzifə düşür: “Biz işğal altında olan torpaqlarımızı azad etməli, xalqımızın şərəfli qəhrəmanlıq tarixini yenidən yazmalıyıq. Biz bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməyə məhkumuq! Xalqımız qüdrətli Azərbaycan əsgərinin millətimizə tarixi qələbə sevinci yaşadacağına bütün varlığı ilə inanır və o, müqəddəs günü səbirsizliklə gözləyir”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR