Putin-Tramp görüşünün mümkün tarixi açıqlanıb

Putin-Tramp görüşünün mümkün tarixi açıqlanıb
# 26 iyun 2018 23:22 (UTC +04:00)

Ağ Ev ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüşün Finlandiya paytaxtı Helsinkidə keçirilməsi imkanını nəzərdən keçirir.

APA-nın RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Politiko” nəşrinə məsələdən məlumatlı mənbə bildirib.

Nəşr prezidentlərin görüşü ilə bağlı yekun qərarın hələlik verilmədiyini qeyd edib.

“Financial Time” nəşri bundan əvvəl Rusiyadakı yüksək vəzifəli mənbəyə istinadən verdiyi xəbərə görə, Tramp-Putin görüşünün ABŞ prezidentinin Böyük Britaniyaya iyulun 13-nə planlaşdırılmış səfərindən sonra baş tutacağını bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov nəşrin məlumatını şərh etməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR