Bakıda İran mədəniyyət və incəsənət sərgisinin açılışı olub

Bakıda İran mədəniyyət və incəsənət sərgisinin açılışı olub
# 27 iyun 2018 16:01 (UTC +04:00)

Bakıda keçirilən İran Mədəniyyət Günləri çərçivəsində mədəniyyət və incəsənət sərgisinin açılışı olub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev bildirib ki, İran Mədəniyyət Günlərinin açılışı ölkələr arasında əlaqələrin inkişafında mühüm hadisədir. O deyib ki, bir həftə davam edəcək mədəniyyət tədbirləri çərçivəsində Bakıda və Gəncədə müxtəlif proqramlar təşkil olunacaq. Nazir qeyd edib ki, bu kimi tədbirlər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin nə dərəcədə yüksək olduğunu göstərir.

Daha sonra çıxış edən İranın mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi vurğulayıb ki, adətən mədəniyyət həftələri xalqların bir-birini yaxından tanıması üçün keçirilir: "Azərbaycanın İranda və İranın Azərbaycanda mədəniyyət günləri keçirməsinin məqsədi isə budur ki, bizim mədəniyyətimizin bir-birinə nə qədər yaxın olduğunu göstərməkdir: “Biz yalnız iki qonşu ölkə deyil, həm də bir-birinə yaxın, eyni tarixi, mədəniyyəti paylaşan xalqlarıq. Biz min illər boyu eyni yerdə yaşamışıq. Sevincdə və kədərdə bir-birimizin yanında olmuşuq".

Daha sonra nazirlər və qonaqlar sərgidə nümayiş olunan İran mədəniyyətinə aid nümunələrlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR