Pens: “Tramp və Putin iqtisadi əlaqələr, Ukrayna və Suriyanı müzakirə edəcəklər”

Pens: “Tramp və Putin iqtisadi əlaqələr, Ukrayna və Suriyanı müzakirə edəcəklər”
# 28 iyun 2018 04:05 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə iqtisadi əlaqələr, Ukrayna və Suriyadakı vəziyyəti müzakirə edəcək.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Maykl Pens “Bloomberg” agentliyinə müsahibəsində deyib.

“Görüş zamanı geniş əhatəli məsələlər müzakirə ediləcək. O cümlədən iqtisadı əlaqələr, Ukrayna və Suriyada vəziyyət, eləcə də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə məsələsinə toxunulacaq”, deyə M.Pens qeyd edib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin iyul ayında görüşü planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR