İntiqam Hümbətov Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub

İntiqam Hümbətov Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub
# 28 iyun 2018 08:55 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri dəyişib.

Nazirlikdən APA-ya verilən məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmri ilə İntiqam Hümbətov İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Bundan əvvəl həmin vəzifədə çalışmış Vüqar Şixəmmədov isə yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR