Azərbaycan vətəndaşlarının Gürcüstandakı daşınmaz əmlaklarının sayı açıqlanıb

Azərbaycan vətəndaşlarının Gürcüstandakı daşınmaz əmlaklarının sayı açıqlanıb
# 28 iyun 2018 09:55 (UTC +04:00)

Gürcüstanda 34 024 daşınmaz əmlak xarici ölkə vətəndaşlarının mülkiyyətindədir.

APA-nın yerli bürosu Gürcüstanın Miqrasiya məsələləri üzrə hökumət komissiyasının 2012-2016-cı illəri əhatə edən son hesabatına istinadla xəbər verir ki, həmin daşınmaz əmlakların 5%-i Azərbaycan vətəndaşlarına məxsusdur.

Azərbaycan vətəndaşları qonşu ölkədə 1678 daşınmaz əmlaka sahibdir. Həmin əmlakların 1133-ü kənd təsərrüfatı torpağı, 126-sı qeyri-kənd təsərrüfatı torpağı, 419-u isə mənzil və ya yaşayış evidir.

Hesabatda qeyd olunub ki, Gürcüstanda daşınmaz əmlaka sahib olan əcnəbilərin bir hissəsini ölkənin keçmiş vətəndaşları təşkil edir. Gürcüstanda əcnəbilərə məxsus daşınmaz əmlakın 53%-i Rusiya vətəndaşlarının payına düşür. Onların sahib olduğu daşınmaz əmlakların ümumi sayı 18 041 ədəddir.

Qonşu ölkədə Ermənistan vətəndaşları 1791, Türkiyə vətəndaşları isə 570 daşınmaz əmlaka sahibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR