Keniyada bazar yanıb, 15 nəfər ölüb, 70 nəfər xəsarət alıb

Keniyada bazar yanıb, 15 nəfər ölüb, 70 nəfər xəsarət alıb
# 28 iyun 2018 11:00 (UTC +04:00)

Keniyanın paytaxtı Nayrobi şəhərində yanğın olub.

APA-nın yerli “Daily Nation” qəzetinə istinadən verdiyi xəbərə görə, Gikomba bazarında ötən gecə baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 70-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

58 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, qalanlarına yerində yardım göstərilib.

Qeyd edək ki, Gikomba bazarı ikinci əl paltarlarının satışı ilə məşhurdur.

2015-ci ildən hər il bazarda yanğın baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR