Putin-Tramp görüşünün vaxtı açıqlanıb

Putin-Tramp görüşünün vaxtı açıqlanıb
# 28 iyun 2018 14:09 (UTC +04:00)

Rusiya və ABŞ prezidentləri arasında planlaşdırılan görüşün vaxtı məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin və Donald Tramp arasındakı görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək.

Kremlin mətbuat xidmətinin yaydığı məlumata əsasən görüşdə Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, eləcə də beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR