“Bakı Metropoliteni”nə məxsus inzibati bina ƏMDK-nin sərəncamına verilib

“Bakı Metropoliteni”nə məxsus inzibati bina ƏMDK-nin sərəncamına verilib
# 28 iyun 2018 14:45 (UTC +04:00)

2017-ci il ərzində 175 865,93 manat silinmiş, satılmış və təhvil verilmiş əsas vəsaitlər təşkil edir.

Bu barədə “APA-Economics” “Bakı Metropoliteni” QSC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, onlardan satılmış Ekskavator A310M-487 vasitəsi 4 559,77 manatdır. Silinən əsas vəsaitlər bir neçə hal istisna olmaqla tam aşındıqdan, müxtəlif daxili prosedurlardan keçdikdən sonra, qanunvericiliklə tələb olunan hallarda isə Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılaraq silinib və ya satılıb.

Bundan əlavə Cəmiyyətin Tikinti Departamentinin Yasamal rayonu, B.Məcidov küçəsi, 45A ünvanında yerləşən Texniki material bazasının 2 mərtəbəli inzibati binası Əmlak Məsələləri Dövlət Komitəsinin 13.07.2017-ci il tarixli 170120705476 saylı müraciətinə və təhvil-qəbul aktına əsasən həmin komitənin sərəncamına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR