Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanları iştirak edəcək

Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanları iştirak edəcək
# 28 iyun 2018 19:35 (UTC +04:00)

Bu il avqustun 1-dən rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində gömrük orqanları ilə bərabər vergi orqanlarının iştirakı da təmin ediləcək.

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

Tədbirlər Planına əsasən Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi avqustun 1-dək vergi orqanları əməkdaşlarının rüsumsuz ticarət mağazası yerləşən zonaya buraxılması, mal anbara boşalan zaman vergi və gömrük orqanları əməkdaşlarının birgə nəzarəti və rüsumsuz ticarət mağazalarında malların satışı qaydalarının, malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsini təmin etməlidir. Bu məqsədlə Nazirlər Kabinetinin 2013-cü il 30 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları”nda dəyişikliklər ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR