Xəzərin Azərbaycan sektorunda dəniz minası aşkarlanıb

Xəzərin Azərbaycan sektorunda dəniz minası aşkarlanıb
# 29 iyun 2018 09:31 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin üzmə vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində adalara və qayalıqlara baxış keçirilərkən sahildən 13,9 km məsafədə Xəzər-Zirə adasının şimalındakı daşlıq ərazidə 1 ədəd köhnə dəniz minası aşkarlanıb, ərazi dərhal mühafizəyə götürülüb.

DSX-nın Mərbuat Mərkəzindən APA-ya verilən məlumata görə, mühəndis-istehkam mütəxəssisləri tərəfindən mina aşkarlanmış əraziyə baxış keçirilib, mərminin dəniz minası olması təsdiqlənib, daşınmasının təhlükəli olması səbəbindən yerində zərərsizləşdirilməsinin zəruriliyi barədə rəy verilib.

Mina aşkarlanmış ərazidən bir neçə kilometr ətrafda infrastruktur obyektlərinin mövcudluğu nəzərə alınmaqla, dəniz minasının aşkar olunduğu yerdə təhlükəsizlik tələblərinə uyğun partladılması barədə qərar qəbul olunub.

Dəniz minası iyunun 28-də partladılma yolu ilə zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR