Tramp Putin ilə Ukrayna, Suriya və seçkilərə müdaxiləni müzakirə edəcək

Tramp Putin ilə Ukrayna, Suriya və seçkilərə müdaxiləni müzakirə edəcək
# 30 iyun 2018 00:14 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Rusiyanın dövlət başçısı Vladimir Putinlə Ukrayna və Suriyadakı vəziyyət, həmçinin Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə məsələsini müzakirə edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evdə akkreditə olunmuş jurnalistlər bildiriblər.

“Ukrayna, Suriya, seçkilər. Bizim seçkilərə kimsənin müdaxilə etməsini istəmirik”, deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş iyulun 16-da Helsinkidə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR