ABŞ-da Tramp siyasətinin əleyhinə yüzlərlə etiraz aksiyası keçirilir

ABŞ-da Tramp siyasətinin əleyhinə yüzlərlə etiraz aksiyası keçirilir
# 01 iyul 2018 02:26 (UTC +04:00)

ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.

Bundan əvvəl Vaşinqton polisi Tramp əleyhinə qanunsuz aksiyaya qatılmış 575 etirazçını saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR