“Qazprom” qazın topdansatış qiymətini qaldırıb

“Qazprom” qazın topdansatış qiymətini qaldırıb
# 01 iyul 2018 05:55 (UTC +04:00)

Rusiyanın “Qazprom” konserni iyulun 1-dən qaza olan topdansatış qiymətlərini bütün istehlakçı kateqoriyalar üçün 3,4 faiz qaldırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Rusiya Antiinhisar Xidməti tərəfindən qəbul edilib.

Məlumata görə, 11 may tarixli əmr Ədliyyə Nazirliyində iyunun 19-da qeydə alınıb.

Qeyd edək ki, “Qazprom”un satdığı qazın topdansatış qiymətləri Rusiya hökuməti tərəfindən tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR