Bu ilin beş ayında Azərbaycanda meyvə-tərəvəz ixracı 23% artıb

Bu ilin beş ayında Azərbaycanda meyvə-tərəvəz ixracı 23% artıb
# 02 iyul 2018 09:30 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda meyvə-tərəvəz istehsalı 19% artıb.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Meyvə-Tərəvəz İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bu gün Bakıda keçirilən “Kənd təsərrüfatı inkişafının müasir tendensiyası” adlı tədbirində bildirib.

Onun sözlərinə görə, bu ilin 5 ayında keçən ilin müvafiq dövrünə nisbətdə meyvə-tərəvəz ixracı 23% artıb: “Əsas məqsədimiz ixracı artırmaqdır və ya ən azı indiki səviyyədə saxlamaqdır”.

B. Quliyev bildirib ki, bu ilin sentyabr ayında Moskvada “World Food” sərgisi keçiriləcək və Azərbaycan şirkətləri öz məhsulları ilə bu sərgidə iştirak edəcəklər: “Rusiya bizim üçün ənənəvi bazardır. Ancaq bununla bərabər biz ixrac coğrafiyamızı genişləndirməliyik və ənənəvi bazarları unutmamalıyıq,” – deyə B. Quliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR