Mədəniyyət Nazirliyində 3 şöbəyə yeni müdir təyinatları olub

Mədəniyyət Nazirliyində 3 şöbəyə yeni müdir təyinatları olub
# 02 iyul 2018 10:36 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, İsmayıl Hüseynov nazirliyin İncəsənət şöbəsinin müdiri təyin edilib.

Nazirlikdə Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə Cahangir Məmmədov təyin olunub.

Yeni yaradılan Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsi isə Yusif Səfərova həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR