Nazirlik: Bu il 38 rayondan 514 tonadək yaş barama qəbul edilib

Nazirlik: Bu il 38 rayondan 514 tonadək yaş barama qəbul edilib
# 02 iyul 2018 11:28 (UTC +04:00)

2018- ci il iyulun 1-nə Respublikanın 38 rayonundan “Azəripək” MMC tərəfindən 513,5 ton yaş barama qəbul edilib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, ölkə üzrə 584,5 min hektar sahədə taxıl biçini aparılıb. Bunun 300,1 min hektarı buğda, 284,4 min hektarı arpa sahələridir.

Hazırkı məlumatlara əsasən buğdanın orta məhsuldarlığı 31 s/ha, arpanınkı isə 27,8 s/ha təşkil edir.

Hazırda rayonlarda barama qəbulu və biçin davam etdiyi üçün mövsümün sonuna qədər bu rəqəmlər dəyişəcək.

Son bir həftə ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən 14 mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsi yenisi ilə əvəz edilib, 12 mexanizatora yeni sürücülük vəsiqəsi verilib, 29 kənd təsərrüfatı texnikasının qeydiyyatı aparılıb, 29 kənd təsərrüfatı texnikasına texniki baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR