Kreml: Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq tezdir

Kreml: Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq tezdir
# 02 iyul 2018 12:39 (UTC +04:00)

"Rusiya-ABŞ münasibətlərinin istiləşməsindən danışmaq hələ tezdir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Gəlin, münasibətlərdə istiləşmədən danışanda, tələsməyək. Sözsüz ki, təmasların intensivləşməsi məmnunedici faktdır. Lakin istiləşmədən danışmaq hələ tezdir", - deyə D. Peskov ABŞ senatorlarının Rusiyaya səfəri zamanı prezident Putinin onlarla görüşməyi planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavabında vurğulayıb.

Qeyd edək ki, iyulun 16-da Finlandiya paytaxtı Helsinki şəhərində ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçiriləcək. Görüşdə iki ölkə arasındakı münasibətlərin inkişafı perspektivləri və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR