“Keşlə” – “Baltsan” matçının başlama saatı açıqlanıb

“Keşlə” – “Baltsan” matçının başlama saatı açıqlanıb
# 02 iyul 2018 15:26 (UTC +04:00)

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”la keçirəcəyi cavab matçının stadionu və başlama saatı açıqlanıb. Apasport.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, qarşılaşma iyulun 19-da baş tutacaq.

Bakılılar Malta təmsilçisini “Dalğa Arena”da qəbul edəcək. Qarşılaşmanın start fiti 21:00-da veriləcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Ta Qalidə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR