Azərbaycanla İsveçrə şirkətləri arasında fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub

Azərbaycanla İsveçrə şirkətləri arasında fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub
# 03 iyul 2018 10:31 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin İsveçrəyə təşkil etdiyi ixrac missiyası çərçivəsində keçirilmiş görüşlər zamanı Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə məlumat verilib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, "AZPROMO"-nun təşkilatçılığı ilə keçirilən görüşlərdə Azərbaycan iş adamları İsveçrəli həmkarları ilə əməkdaşlıq imkanlarına, fındıq məhsullarının İsveçrəyə ixracına dair müzakirələr aparıblar.

İxrac missiyasında, həmçinin fındıq emalında tətbiq olunan yeni texnologiyalarla tanış olub və potensial müştərilərlə görüşlər keçiriblər.

Səfər çərçivəsində İsveçrənin “GN-company”, “Varistor“ və “Delica” və digər nüfuzlu şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu məqsədlə İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinib.

Qeyd edək ki, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxil idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR