Müdafiə Nazirliyi: Hərbi hissələrin elektrik enerjisi ilə təchizatında problem yoxdur

Müdafiə Nazirliyi: Hərbi hissələrin elektrik enerjisi ilə təchizatında problem yoxdur
# 03 iyul 2018 11:06 (UTC +04:00)

“Hərbi infrastrukturun tam şəkildə fəaliyyətinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisi olmadıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür”.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi, bu enerji mənbələri avtomatik işə düşüb və hazırda ordunun heç bir hərbi hissəsində, xüsusilə də ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur: “Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir. Ehtiyac olduğu halda, mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırıq”.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR