Rusiya XİN: Avropa Şurasında bizim iştirakımız olmadan seçilən vəzifəli şəxslərin legitimliyi sual altındadır

Rusiya XİN: Avropa Şurasında bizim iştirakımız olmadan seçilən vəzifəli şəxslərin legitimliyi sual altındadır
# 04 iyul 2018 12:08 (UTC +04:00)

”Avropa Şurası Parlament Assambleyası Rusiyanın tənqidlərinə reaksiya vermir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

”Avropa Şurası Parlament Assambleyası hələ ki bizim parlament nümayəndələrinin səlahiyyətlərinin ləğv edilməsinin Avropa Şurasının Nizamnaməsinə ziddi olması ilə bağlı əsaslı tənqidlərimizə reaksiya vermir. Bu cür qərarlar beynəlxalq hüquqa söykənən dövlətlərin suveren bərabərliyi prinsiplərini pozur. Sual olunur: AŞPA öz gücü ilə Avropa Şurasına bütün üzv ölkələrin hüquq və öhdəliklərinin bərabərliyi problemini həll edə bilərmi? AŞPA-nın düşüncəsiz fəaliyyəti ona gətirib çıxarıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin və komissarlarının praktik olaraq yarısı Rusiya parlamentarlarının iştirakı olmadan seçilib. 2019-cu ilin iyununda baş katibliyə seçkilər keçiriləcək. Rusiyanın səsi olmadan seçilən Avropa Şurasının yüksək vəzifəli şəxslərinin legitimliyi bizim üçün sual altındadır”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olub.

Bəyanatda o da bildirilir ki, Rusiya Avropa Şurasının büdcəsinə ödənişlə bağlı bütün öhdəliklərini AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının tam bərpasından sonra yerinə yetirəcək: "Bir daha təsdiq edirik ki, Rusiya Federal Məclisinin AŞPA-dakı nümayəndə heyətinin hüquqlarının tam bərpasından sonra Rusiya ödənişlərin dayandırılması ilə bağlı məcburi qərarın qəbulundan sonrakı dövr üçün qurum qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirəcək. Parlamentarlarımızın səlahiyyətləri bərpa olunmayıb. Buna müvafiq olaraq ödənişlərin bərpası üçün əsas yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR